Dünya əmtəə bazarlarında neft qiymətlərində cüzi eniş qeydə alınıb.
Milli.Az xəbər verir ki, "ICE" birjasında Brent markalı neftin 2026-cı ilin sentyabr fyuçersləri əvvəlki bağlanış qiyməti ilə müqayisədə 0,20 ABŞ dolları (0,20%) ucuzlaşaraq bir barel üçün 100,49 ABŞ dollarına düşüb.
"NYMEX" birjasında isə WTI markalı neftin sentyabr fyuçersləri 0,45 ABŞ dolları (0,49%) azalaraq bir barel üçün 91,74 ABŞ dolları səviyyəsində ticarət olunur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)