"Azərişıq" ASC elektrik enerjisinin verilişinin keyfiyyətinin yaxşılaşdırılması, artan yük tələbatının qarşılanması, eləcə də təmir və təftiş işləri ilə əlaqədar Bakının bir sıra ərazilərində planlı elektrik kəsintilərinin tətbiq olunacağını açıqlayıb.
Bildirilib ki, Nərimanov rayonunda saat 09:00-dan 13:00-dək Atatürk prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən yaşayış binalarında, Azadlıq prospektinin bir hissəsində, Mövsüm Sənani və Mirəli Qaşqay küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Yasamal rayonunda isə Hüseyn Cavid prospektinin bir hissəsi və Bəxtiyar Vahabzadə küçəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Eyni zamanda, Suraxanı qəsəbəsinin 14 İyul küçəsində də saat 10:00-dan 14:00-dək planlı elektrik kəsintisi həyata keçiriləcək.
Qurumdan qeyd olunub ki, təmir və yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)