Ağdam rayonunda açıq ərazidə baş verən yanğın genişlənərək dörd kəndin ərazisinə keçib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, iki gün əvvəl rayonun Kəngərli kəndi ərazisində başlayan yanğın minadan təmizlənməmiş sahələrdə davam etdiyindən alov daha da güclənərək Göytəpə, Qərvənd, Şıxlar və Bayramlar kəndləri istiqamətində yayılıb.
Hazırda yanğının söndürülməsinə FHN-in Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və şəxsi heyəti cəlb olunub.
Yanğınsöndürənlər alovun keçmiş təmas xəttinə yaxın yaşayış məntəqələrinə keçməsinin qarşısını almaq məqsədilə tədbirləri davam etdirirlər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)