Tramp yenidən prezident olmaq istədiyini bildirib

23 İyul 2026 23:16

ABŞ Prezidenti Donald Tramp zarafatla növbəti dəfə prezident olmaq istədiyini ifadə edib.

Milli.Az xəbər verir ki, Tramp bunu " Elektrik abonentlərinin müdafiəsi təşəbbüsü" ilə bağlı çıxışı zamanı deyib.

"Bütün bu zavodlar, binalar və fabriklər fəaliyyətə başlayanda mənim istədiyim tək şey növbəti prezident olmaqdır. Mən kimisə çox yaxşı vəziyyətdə qoyacağam. O şəxs orada oturacaq və bütün bunlar açıldıqca hamı onun necə dahi olduğunu deyəcək", - Tramp bildirib./APA

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)