Oksana və oğlu Batumidə xəstəxanaya düşdü

23 İyul 2026 23:13

Rəqqasə-aktrisa Oksana Rəsulova Batumidə istirahəti zamanı ailəsi ilə yaşadığı problemlərdən danışıb.

Milli.Az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədə paylaşım edib. O, Batumidə qaldığı "Orbit" otellər şəbəkəsindəki vəziyyətdən narazı qaldığını bildirib.

Onun sözlərinə görə, oteldə təmizlik, ətraf ərazidəki zibil və natəmizlik, havalandırma sistemi, səs izolyasiyası, eləcə də otaqlarda və eyvanlarda məxfiliklə bağlı problemlər yaşanıb.

Oksana qeyd edib ki, bir gecə saat 2 radələrində binada həyəcan siqnalı işə düşüb və sakinlərdən binanı tərk etmək tələb olunub. Ailəsi 39-cu mərtəbədə qaldığı üçün onlar pilləkənlərlə aşağı enməli olublar.

Sənətçi daha sonra oğlu ilə birlikdə infeksiyaya yoluxduğunu açıqlayıb:

"Səhər saatlarında çimərlikdə o qədər çirk və natəmizlik görürsən ki, insan həqiqətən dəhşətə gəlir. Ətrafda çoxlu sahibsiz itlər də var. Belə bir şəraitdə, xüsusilə immunitet zəifdirsə, hər hansı infeksiyaya yoluxmaq çox asandır.

Təəssüf ki, biz də bağırsaq infeksiyasına yoluxduq - mən və oğlum Osman. Nəticədə Batumidə xəstəxanaya yerləşdirildik. Burada bir məqamı xüsusilə qeyd etmək istəyirəm. Azərbaycanda etdirdiyimiz səyahət sığortası çox operativ şəkildə işlədi. Xəstəxanada ilkin olaraq kiçik bir məbləğ ödədik, qalan bütün müalicə xərclərini isə sığorta şirkəti tam şəkildə qarşıladı. Biz xəstəxanada 3 gün qaldıq"./Axşam.az

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)