Rusiyalı qapıçı matç zamanı öldü

23 İyul 2026 21:34

Rusiyanın "Soyuz İnjenerov" futbol komandasının qapıçısı Aleksey Mayorov Vladimir şəhərində keçirilən oyun zamanı vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə Vladimir Şəhər Futbol, ​​Çimərlik Futbolu, Mini-futbol və Futzal Federasiyası məlumat yayıb.

Məlumata görə, 46 yaşlı idmançının oyun zamanı qəfil halı pisləşib. Meydançaya tibb işçiləri çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb./"Qafqazinfo"

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)