"Çəhrayı pantera" ilə tanınan ifaçı vəfat etdi

23 İyul 2026 19:20

Amerikalı caz musiqiçisi və saksofon ifaçısı Plas Conson 94 yaşında vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə Los-Ancelesdə fəaliyyət göstərən "KKJZ" caz radiosu məlumat yayıb. Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Plas Conson Çarlz Braun, Peqqi Li, Net Kinq Koul, Frenk Sinatra kimi dünya şöhrətli musiqiçilərlə çalışıb. O, daha çox "Çəhrayı pantera" cizgi filminin məşhur əsas musiqisinin ifaçısı kimi tanınıb./Axşam.az

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)