Yeni araşdırma yaş artdıqca piyin niyə əsasən bel və qarın nahiyəsində toplandığını üzə çıxarıb.
Bir çox insan yaşlandıqca çəkisi demək olar ki, dəyişməsə də, qarın nahiyəsinin böyüdüyünü müşahidə edir. Bu isə təkcə estetik problem deyil. Qarın piyinin artması maddələr mübadiləsinin yavaşlaması, 2-ci tip diabet, ürək-damar xəstəlikləri və digər sağlamlıq problemlərinin riskini artırır.
xarici mediaya istinadən xəbər verir ki, alimlər qarın və bel nahiyəsində piy yığılmasının əsas səbəbini araşdıraraq maraqlı nəticələr əldə ediblər.
Məlum olub ki, yaş artdıqca orqanizmdə yeni növ kök hüceyrələr meydana çıxır. Bu hüceyrələr xüsusilə qarın nahiyəsində yeni piy hüceyrələrinin yaranmasını sürətləndirir.
Alimlərin fikrincə, yaşlandıqca qarın piyinin artmasının əsas səbəbləri bunlardır:
• orqanizmdə yeni yaşa bağlı kök hüceyrələri yaranır və onlar yeni piy hüceyrələri əmələ gətirir;
• piy sələfi hüceyrələrinin fəaliyyəti gənclik dövrü ilə müqayisədə xeyli artır;
• piy toxuması təkcə mövcud hüceyrələrin böyüməsi hesabına deyil, yeni piy hüceyrələrinin yaranması nəticəsində də artır.
Maraqlıdır ki, bu dəyişikliklər ümumi bədən çəkisi ciddi şəkildə artmayan insanlarda da baş verir.
Hazırda mütəxəssislər yaş artdıqca qarın piyinin qarşısını almaq üçün aşağıdakı tövsiyələrə əməl etməyi məsləhət görürlər:
• hər gün daha çox hərəkət etmək və müntəzəm fiziki aktivliklə məşğul olmaq;
• balanslaşdırılmış qidalanmaq və həddindən artıq yeməkdən çəkinmək;
• güc məşqləri vasitəsilə əzələ kütləsini qoruyub saxlamaq;
• bel çevrəsini və bədən çəkisini mütəmadi izləmək;
• profilaktik tibbi müayinələrdən vaxtında keçmək./Lent.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)