Xəzər və Sabunçu rayonlarının bəzi ərazilərində qaz olmayacaq

23 İyul 2026 18:30

İyulun 24-də Bakının Xəzər və Sabunçu rayonlarına aid bir sıra ərazilərdə qaz verilməsində müvəqqəti fasilə gözlənilir.

Bu barədə Milli.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Qeyd olunub ki, fasilənin səbəbi həmin ərazilərdə təmir-quraşdırma işlərinin həyata keçirilməsidir.

Məlumata görə, saat 10:00-dan etibarən işlər yekunlaşanadək Xəzər rayonunun Buzovna qəsəbəsi, Albalılıq və Atçılıq yaşayış massivləri, eləcə də Sabunçu rayonunun Zabrat qəsəbəsi, Oktyabr, R. Axundov və L. Məmmədbəyova küçələrində qaz təchizatında qısamüddətli fasilə olacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)