Aparıcı Zaur Kamalın illər əvvəl yayımlanan televiziya proqramından arxiv kadrları yenidən sosial şəbəkələrdə yayılıb.
Milli.Az xəbər verir ki, qısa müddətdə izləyicilərin diqqətini çəkən görüntülərdə Azərbaycan şou-biznesinin tanınmış müğənnilərinin yer alması maraq doğurub. Videoda sənətçilərin müxtəlif obrazlara girərək səhnəcik nümayiş etdirməsi və aktyorluq bacarıqlarını sərgiləməsi izləyicilər tərəfindən maraqla qarşılanıb.
Arxiv kadrlarında məşhur ifaçıların fərqli ampluada çıxış etməsi sosial media istifadəçiləri arasında nostalji hisslər yaradıb. Paylaşımın altında çoxsaylı şərhlər yazılıb, izləyicilər həmin dövrün televiziya layihələrini xatırladıqlarını bildiriblər.
Yenidən gündəmə gələn görüntülər qısa zamanda müxtəlif sosial platformalarda geniş yayılaraq müzakirə mövzusuna çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)