Barselona metrosunda partlayış: Yaralılar var – (Video)

23 İyul 2026 16:43

İspaniyanın Barselona şəhərində metro stansiyalarından birində qaz partlayışı baş verib.

Milli.Az xəbər verir ki, hadisə təmir işləri zamanı tikinti işçilərinin təsadüfən qaz boru xəttini zədələməsi nəticəsində baş verib. Boru kəmərində yaranan sızma daha sonra partlayışa səbəb olub.

Partlayışdan sonra ərazidə yanğın başlayıb. Hadisə nəticəsində 8 tikinti işçisi müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)