Rusiyada Su-57 qırıcı təyyarəsi qəzaya uğradı

23 İyul 2026 15:00

Rusiyanın Moskva vilayətində hərbi təyyarənin qəzaya uğraması ilə nəticələnən hadisə baş verib.

Milli.Az xəbər verir ki, qəza Lutsino kəndi yaxınlığında qeydə alınıb.

Bildirilib ki, Su-57 tipli qırıcı təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb.

Məlumata əsasən, pilot vaxtında katapult edərək xilas olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)