Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
Milli.Az xəbər verir ki, hadisə rayonun şəhər ərazisində yerləşən meyvə bağlarından birində qeydə alınıb.
Belə ki, rayon sakini, 2005-ci il təvəllüdlü Kənan Natiq oğlu Mahmudlu çimmək məqsədilə daxil olduğu suvarma hovuzunda boğulub.
Onun meyiti Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti qurumlara təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)