Ermənistan Prezidenti Vaaqn Xaçatryan səhhətində yaranan problem səbəbindən xəstəxanaya aparılıb.
Milli.Az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildirilib ki, dövlət başçısının səhhəti qəfil pisləşib və o, "infarkt öncəsi vəziyyət" diaqnozu ilə İrəvandakı "Nairi" Tibb Mərkəzinə yerləşdirilib.
Məlumata görə, Vaaqn Xaçatryan tibbi müayinələrdən keçdikdən sonra vəziyyəti stabilləşib və o, xəstəxanadan evə buraxılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)