Sosial şəbəkələrdə yayılan toy görüntüləri qısa zamanda izləyicilərin diqqətini cəlb edib.
Milli.Az xəbər verir ki, kadrlarda toy mərasimi zamanı gözlənilməz hadisə yaşanır. Belə ki, qaçaraq hərəkət edən azyaşlı uşaq gəlinin fatasına ilişərək yerə yıxılır.
Hadisənin təsirindən gəlinin başındakı fata da yerindən çıxır. Gözlənilməz vəziyyət gəlini qısa müddətlik qorxudub və arzuolunmaz vəziyyətə düşüb, mərasimdə iştirak edənlər isə nə baş verdiyini anlamağa çalışıblar.
Toyda yaşanan bu anlar ətrafdakıların diqqətini çəkib, görüntülər isə sosial şəbəkələrdə sürətlə yayılaraq geniş müzakirələrə səbəb olub.
İzləyicilər hadisəyə fərqli münasibət bildiriblər. Bəziləri bunu təsadüf adlandırsa, digərləri isə toyun ən yaddaqalan anlarından biri kimi qiymətləndiriblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)