ABŞ Dövlət katibi Marko Rubio İranın nüvə razılaşması ilə bağlı mövqeyini tənqid edib.
Milli.Az xəbər verir ki, Rubio bildirib ki, İran razılaşma əldə etmək istəsə də, buna hazır görünmür.
"Lakin görünür, İran razılaşma əldə etməyə hazır deyil. Hər dəfə razılaşma əldə etdikdə ya onu pozurlar, ya da şərtləri dəyişirlər", - deyə ABŞ rəsmisi vurğulayıb.
Qeyd edək ki, İranın razılaşmaya hazır olmadığı barədə daha əvvəl ABŞ Prezidenti Donald Tramp da açıqlama verib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)