ABŞ hökuməti sentyabrda fəaliyyətini dayandıra bilər

23 İyul 2026 10:58

ABŞ Prezidenti Donald Tramp Konqresi dövlətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsinin vaxtında qəbul edilməsinin vacibliyi barədə xəbərdar edib.

Milli.Az xəbər verir ki, Tramp bildirib ki, əgər Konqres oktyabrın 1-dək federal hökumətin maliyyələşdirilməsini təmin edən qanun layihəsini təsdiqləməsə, sentyabr ayında hökumətin fəaliyyəti dayana bilər.

Onun sözlərinə görə, belə bir vəziyyət ölkədə növbəti "şatdaun" riskini gündəmə gətirəcək.

Xatırladaq ki, ABŞ-də son qismən hökumət bağlanması bu ilin yanvarın 31-də baş vermiş və fevralın 4-dək davam etmişdi. 

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)