“Zirə” bu gün növbəti oyuna çıxır

23 İyul 2026 10:22

Azərbaycan təmsilçisi "Zirə" bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Milli.Az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda Estoniyada yerli "Payde"nin qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Oyunu Moldovadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Roman Jitari olacaq. Ona Viktor Mardari və Andrey Bodean kömək edəcək, dördüncü hakim funksiyasını isə Andrey Brequta yerinə yetirəcək.

Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 30-da Sumqayıtda keçiriləcək.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)