Ronaldo ilə Karlos atışıb klub alırlar

23 İyul 2026 11:15

Braziliya millisinin sabiq ulduz futbolçuları Ronaldo və Roberto Karlos yeni futbol layihəsinə start veriblər.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, əfsanəvi futbolçular Braziliyanın üçüncü divizionunda çıxış edən "İnternasional Limeyra" klubunun satın alınması ilə bağlı aparılan sövdələşmədə iştirak edirlər.

Roberto Karlos bildirib ki, klubun alınması prosesi bir neçə tərəfdaşın birgə iştirakı ilə həyata keçirilir. Onun sözlərinə görə, layihədə Ronaldo, Enriko və daha iki investor da yer alır.

Sabiq müdafiəçi qeyd edib ki, əsas məqsədləri regional futbolun inkişafına töhfə vermək, yerli klubların sponsor tapmasına dəstək olmaq və bölgələrdə futbolun əvvəlki nüfuzunu yenidən bərpa etməkdir.

Roberto Karlos vurğulayıb ki, bu təşəbbüs vasitəsilə regional komandaların daha da güclənməsinə və Braziliya futbolunun inkişafına dəstək verməyi hədəfləyirlər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)