UEFA Avropa Liqası: "Qarabağ" SSKA-nı qəbul edəcək

23 İyul 2026 09:00

Bu axşam UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ" növbəti sınağına çıxacaq.

Milli.Az xəbər verir ki,  Ağdam klubu doğma meydanda Bolqarıstan təmsilçisi SSKA ilə üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Matçı İtaliyadan olan FIFA referisi Daniele Çiffi idarə edəcək.

Komandalar arasında cavab oyunu iyulun 30-da Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək.

Bu cütün qalibi UEFA Avropa Liqasının III təsnifat mərhələsində Moldova təmsilçisi "Şerif" və İsrailin "Makkabi" (Tel-Əviv) komandaları arasında keçiriləcək qarşılaşmanın qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, "Qarabağ" azarkeşləri doğma meydanda komandalarının uğurlu nəticə qazanacağına ümid edirlər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)