Hazırda ABŞ-nin Mayami şəhərində istirahətdə olan azərbaycanlı rəqqas İftixar Rəsulov maraqlı anlar yaşayıb.
Milli.Az xəbər verir ki, sənətçi qaldığı otelin resepşnında olarkən təsadüfən Azərbaycanın Xalq artisti Flora Kərimovanın ifasını dinləyib.
Musiqinin səsləndiyi anlar oteldə çalışan amerikalı əməkdaşın da diqqətini çəkib. Maraqla musiqiyə qulaq asan şəxs İftixar Rəsulovla söhbət edərək ifa barədə maraqlanıb.
Rəqqas həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Paylaşım qısa zamanda maraq doğurub və izləyicilər tərəfindən çoxsaylı bəyənmə və şərhlərlə qarşılanıb.
Sosial şəbəkə istifadəçiləri Flora Kərimovanın səsinin xarici ölkədə də diqqət çəkməsini qürurverici hadisə kimi qiymətləndiriblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)