Əməkdar artist Aybəniz Haşımova 15 kiloqram arıqlayıb.
Milli.Az xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. O, pəhriz saxlamadan arıqladığını bildirib:
"Pəhriz saxlamıram. Bütün günü işdə oluram, yeməyə vaxtım olmur. Daha çox su içirəm. Amma köklük məndə yeməkdən yaranmamışdı. Müalicə alarkən qəbul etdiyim dərmanlar mənə əks təsir göstərmişdi. Yavaş-yavaş qaydaya düşəcəyəm"./Axşam.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)