Azərbaycan Dəmiryol Muzeyini ziyarət indi daha sərfəlidir.
Milli.Az xəbər verir ki, yeni tarifə əsasən, muzeyə giriş böyüklər üçün 50% endirimlə 5 AZN, məktəblilər üçün isə cəmi 2 AZN-dir.
Bundan başqa, 65 və daha yuxarı yaşlı təqaüdçülər üçün muzeyə giriş artıq pulsuzdur.
Qiymətsiz təcrübəni daha sərfəli qiymətə əldə etmək üçün dəmiryol muzeyini ziyarətə tələsin!
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)