Messi ilə belə vidalaşdılar - (Video)

22 İyul 2026 16:57

İdman geyimləri istehsalçısı "Adidas" Argentina millisinin kapitanı Lionel Messiyə həsr olunmuş xüsusi videoçarx yayımlayıb.

Milli.Az xəbər verir ki, "Gracias, Leo" ("Təşəkkürlər, Leo") adlı videoda Messinin 2006-cı ildən 2026-cı ilə qədər qatıldığı dünya çempionatlarında geyindiyi altı fərqli buts modeli nümayiş etdirilib. 

Videonun sonunda isə  "Gracias, Leo"sözləri yazılıb.

Qeyd edək ki, Argentina millisi dünya çempionatının finalında İspaniyaya 0:1 hesabı ilə məğlub olub.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)