Ukrayna ordusuna yeni Baş Qərargah rəisi təyin edildi

22 İyul 2026 15:38

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə general-mayor İqor Skibyuku təyin edib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  Skibyuk 2025-ci ilin mart ayından bu vəzifəni tutan Andrey Qnatovu əvəz edib. Kadr dəyişikliyi Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskini vəzifədən azad etməsindən qısa müddət sonra baş verib. Onun yerinə Mixail Drapatı təyin olunub.

Skibyuk Ukrayna Qəhrəmanıdır və daha əvvəl Desant-Həmlə Qoşunlarının komandanı olub. Yeni təyinata qədər o, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifəsində çalışıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)