Türkiyəli məşhur aktrisa və aparıcı Defne Samyeli yay istirahətini Bodrumda davam etdirir.
Milli.Az xəbər verir ki, sənətçi tətilindən olan yeni görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
54 yaşlı Defne Samyeli seçdiyi dəbli bikini və fit bədən quruluşu ilə qısa zamanda diqqət mərkəzinə çevrilib. Onun paylaşımı sosial şəbəkələrdə geniş yayılıb və çoxsaylı istifadəçilər aktrisanın görünüşünə heyran qaldıqlarını bildiriblər.
İzləyicilərin bir çoxu Defne Samyelinin yaşından xeyli gənc göründüyünü qeyd edərək "54 yaşında olduğuna inanmaq çətindir" kimi rəylər yazıblar.
Sənətçinin Bodrumdan paylaşdığı yay fotoları və görünüşü sosial mediada geniş müzakirələrə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)