"Arzum"un azadlıqda ilk görüntüləri - (Video)

22 İyul 2026 14:54

20 gün əvvəl həbs edilən tiktoker İlduzə Hacıyevanın (Arzum) apellyasiya şikayəti üzrə məhkəmə keçirilib. 

Milli.Az xəbər verir ki, məhkəmə həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib. Arzum məhkəmə zalından azad olunub. 

Onun azadlığa çıxdığı an görüntüsü sosial şəbəkədə canlı yayımda göstərilib.

Xatırladaq ki, İlduzə Hacıyeva Bakı şəhərinin Xəzər rayonunda baş vermiş ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi və hadisə yerini tərk etmə ittihamları üzrə təqsirli bilinərək 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş və məhkəmə zalında həbs olunmuşdu.

Hadisə 2025-ci ilin iyun ayında Mərdəkan qəsəbəsində baş verib. Qəza nəticəsində bir nəfər həyatını itirib, daha bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda iş üzrə apellyasiya baxışı davam edir.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)