Nyu-York şəhərinin meri: Netanyahu Nyu-Yorka gələrsə, həbs edin

22 İyul 2026 17:43

Administrasiyam İsrailin Baş naziri Benyamin Netanyahunun Nyu Yorka gələcəyi təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderini icra edib-edə bilməyəcəyini müəyyənləşdirmək üçün bütün hüquqi imkanları nəzərdən keçirib.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bunu Nyu York şəhərinin meri Zöhran Məmdani sosial şəbəkədə paylaşdığı qısa videomüraciətdə deyib.

"Artıq aydındır ki, bu orderi icra etmək üçün müstəqil hüquqi səlahiyyətimiz yoxdur. Lakin federal hökumətin belə səlahiyyəti var və mən onları Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmağa və bu orderi icra etməyə çağırıram", - o bildirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)