Milli Qəhrəmanın bacısı vəfat etdi

22 İyul 2026 12:08

Milli Qəhrəman Gültəkin Əsgərovanın böyük bacısı Nabat Məmmədova vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə Əmək Hüquqları Müdafiə Liqasının sədri Sahib Məmmədov sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, Nabat Məmmədova 20 Yanvar hadisələri zamanı Bakı buxtasındakı blokadanın əsas təşkilatçılarından biri, "Mən tarana gedirəm" kitabının müəllifi, gəmi kapitanı Kərəm Məmmədovun həyat yoldaşı olub.

Qeyd edək ki, Nabat Məmmədova 40 ildən artıq Azərbaycan Dillər Universitetində müəllim kimi fəaliyyət göstərib. O, ingilis dili üzrə regionşünaslıq fənnini tədris edib və uzun illər ərzində çoxsaylı tələbələrin yetişməsində mühüm rol oynayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)