Abşeronda müəmmalı ölüm hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.
Sabirabad rayon sakini, 1987-ci il təvəllüdlü Namiq Əmrah oğlu Nuruşovun meyiti tapılıb.
İlkin müayinə zamanı onun baş nahiyəsində xəsarətlər aşkar edilib.
Araşdırmalar Abşeron rayon prokurorluğu tərəfindən aparılır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)