Ankarada təlim vertolyotu qəzaya uğradı - Ölən və yaralılar var - Yenilənib

22 İyul 2026 14:22

Türkiyənin paytaxtı Ankarada baş verən təlim vertolyotu qəzası ölümlə nəticələnib.

Milli.Az xəbər verir ki, Sincan rayonunun Temelli ərazisində təlim uçuşu həyata keçirən R-44 tipli vertolyot naməlum səbəbdən boş sahəyə düşüb.
Qəza nəticəsində təqaüddə olan pilot polkovnik Yasaözden Bakkal həyatını itirib. Vertolyotda olan Hərbi Hava Qüvvələrinin əməkdaşı, mayor Bilgehan Kurtoğlu isə müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

xxx

Türkiyənin paytaxtı Ankarada mülki təlim vertolyotunun qəzaya uğraması ilə nəticələnən hadisə baş verib.

Milli.Az xəbər verir ki, qəza Sincan rayonunun Temelli ərazisində qeydə alınıb. Təlim uçuşu həyata keçirən vertolyot naməlum səbəbdən idarəetməni itirərək tarlaya düşüb.

İlkin məlumata əsasən, qəza nəticəsində vertolyotda olan iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralıların vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qəzanın başvermə səbəbləri araşdırılır. 

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)