Müğənni Ayan Babakişiyeva sosial şəbəkədə etdiyi emosional paylaşımı ilə izləyicilərinin diqqətini çəkib.
Milli.Az xəbər verir ki, ifaçı evində dinlədiyi mahnının təsirindən kövrələrək göz yaşlarına hakim ola bilməyib. Sənətçi həmin duyğulu anları mobil telefonun kamerası ilə lentə alaraq sosial media hesabında izləyiciləri ilə bölüşüb.
Paylaşım qısa zamanda sosial şəbəkələrdə maraq doğurub və çoxsaylı rəylər toplayıb. İzləyicilər Ayanın səmimi görüntülərinə müxtəlif reaksiyalar veriblər.
Müğənni paylaşımına aydınlıq gətirərək həyatında hər şeyin qaydasında olduğunu bildirib. O qeyd edib ki, göz yaşlarının səbəbi yaşadığı hər hansı problem deyil, dinlədiyi mahnının onda yaratdığı dərin emosiyalar olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)