Braziliya millisinin 2026-cı il dünya çempionatından erkən ayrılmasından sonra bir müddət ictimaiyyət qarşısına çıxmayan Vinisius Junior yenidən kameralar qarşısına keçib.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, "Real Madrid"in ulduz futbolçusu sevgilisi Virginia Fonsecanın açılışını etdiyi idman zalının tədbirində görüntülənib.
26 yaşlı futbolçunun tədbirdə xüsusilə çənə və üz cizgilərində nəzərə çarpan dəyişiklik izləyicilərin diqqətini çəkib. Yeni görünüşü sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və bir çox azarkeş ilk baxışda futbolçunu tanımaqda çətinlik çəkdiyini bildirib.
Vinisius Junioru müalicə edən Doktor Alessandro Alarkao sosial media hesabında paylaşım edərək futbolçunun estetik prosedur keçirdiyini təsdiqləyib. Həkimin sözlərinə görə, əməliyyatın məqsədi futbolçunun təbii üz cizgilərini qorumaqla yanaşı, çənə xəttini daha ifadəli göstərmək olub.
Futbolçunun yeni görüntüləri qısa müddətdə beynəlxalq mətbuatda da geniş yayılıb. Bildirilir ki, Vinisius Junior yaxın günlərdə "Real Madrid"in yeni mövsümə hazırlıq məşqlərinə qoşulacaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)