UEFA reytinqi: İsraili keçməyimizə az qalıb

22 İyul 2026 17:58

Azərbaycan UEFA reytinqində İsrailə daha da yaxınlaşıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu,"Sabah"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Finlandiya təmsilçisi "KuPS"u məğlub etməsi (1:0) sayəsində mümkün olub.

Beləliklə, ölkənin cari mövsümdə qazandığı əmsal 1,750-yə çatıb.

Azərbaycan (20,312) hazırda 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki İsrailin 20,750 əmsalı var.

Xatırladaq ki, UEFA reytinqində İngiltərə (101,852) liderdir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)