Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən "Neftçi" bu gün turnirdə ilk sınağına çıxacaq.
Milli.Az xəbər verir ki, paytaxt təmsilçisi II təsnifat mərhələsinin ilk oyununda Belarusun "Dinamo" (Minsk) komandasını qəbul edəcək.
"Palms Sports Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Oyunun baş hakimi Kiprdən olan FIFA referisi Konstantinos Fellas olacaq.
Komandalar arasında cavab görüşü iyulun 30-da Minskdə keçiriləcək. Bu cütün qalibi növbəti mərhələdə "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün qalibi ilə qarşılaşacaq.
"Neftçi" doğma azarkeşləri önündə uğurlu nəticə qazanaraq cavab oyunu öncəsi üstünlük əldə etməyə çalışacaq.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)