"Avroviziya" təmsilçimiz Dilarə Kazımova ən böyük arzusundan danışıb.
Milli.Az xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi Amerika stadionlarının birində konsert vermək istədiyini bildirib:
"Amerikada stadionda konsert vermək istərdim. Onların konsertlərinə baxanda ağlamaq istəyirəm. O qədər gözəl, fərqli və maraqlıdır ki... Hər şey səhnədə ifaçı üçün qurulub. İnsan səhnədə yaşayır. Bizim üçün bunu arzulayıram. Bu yaxınlarda Amsterdamda "The Weeknd"in konsertində idim. Necə gözəl idi, insan baxır və ağlamaq tutur. Fikirləşir ki, görəsən, həyatımda bir dəfə belə bir səhnədə çıxış edəcəyəm?"/Axşam.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)