Bakıda Musa Əliyev küçəsinin bir hissəsi təmirə bağlanır

21 İyul 2026 20:02

22 iyul tarixindən etibarən paytaxtın Nizami rayonu, Musa Əliyev küçəsinin bir hissəsində (Q.Qarayev pr-dən 8-ci km bazarınadək) təmir işlərinə başlanılacaq.

Bu barədə Milli.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Təmir müddətində işlərin gedişinə uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə qismən və ya tam məhdudlaşdırılacaq.

Sürücülərə aparılan işlərə anlayışla yanaşmaq, səfərlərini əvvəlcədən planlaşdırmaq və mümkün olduqda alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)