Zabrat qəsəbəsində tullantı yığılmış sahədə yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)