Azərbaycan bizim üçün mühüm rol oynayır və iqtisadi baxımdan da çox maraqlı perspektivlər təqdim edir.
Milli.Az xəbər verir ki, Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bu sözləri Almaniyanın Federal Kansleri Fridrix Merts Prezident İlham Əliyevlə birgə mətbuat konfransında söyləyib.
"Prezident İlham Əliyevə bir daha təşəkkürümü bildirmək istəyirəm ki, biz bu məsələ ilə bağlı fikir mübadiləsi apara bildik. Siz Azərbaycandan daha böyük həcmdə qaz tədarükü üçün bizə imkan yaradırsınız. Buna görə Sizə təşəkkürümü bildirirəm. Bu məsələ bu gün imzaladığımız Birgə Bəyannnamədə də öz əksini tapıb", - deyə Kansler vurğulayıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)