Müğənni Bahar Lətifqızının sosial şəbəkələrdə yayılan görüntüləri izləyiciləri kövrəldib.
Milli.Az xəbər verir ki, sənətçi yataq xəstəsi olan doğma insanını ziyarət edərkən duyğularına hakim ola bilməyib.
Yayılan kadrlarda Bahar Lətifqızının yaxınının əlindən turaraq göz yaşları tökdüyü, yaşadığı emosional anların isə hər kəsi təsirləndirdiyi görünür.
Sənətçinin həmin görüntüləri qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb. İzləyicilər ifaçıya dəstək mesajları yazaraq ona və ailəsinə sağlamlıq, səbir arzularını çatdırıblar.
Paylaşım çoxsaylı baxış və rəylər toplayaraq sosial şəbəkələrin diqqət çəkən mövzularından birinə çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)