Azərbaycanda fəaliyyət göstərən restoranlardan birinin menyusunda yer alan qeyri-adi yemək adları sosial şəbəkələrdə maraqla qarşılanıb.
Milli.Az xəbər verir ki, restoran müştərilərindən biri sifariş etdiyi yeməkləri lentə alaraq paylaşdığı videoda menyuda "dəcəl quzu" və "xoruz dəyməyən toyuq kababı" kimi adların yer aldığını göstərib.
Müştəri yeməkləri nümayiş etdirərkən menyudakı bu fərqli adlara təəccübünü gizlətməyib. Onun reaksiyası və maraqlı təqdimatı izləyicilərin də diqqətini çəkib.
Qısa müddətdə geniş yayılan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İstifadəçilər menyuda seçilən yaradıcı adlarla bağlı müxtəlif fikirlər səsləndirib, bəziləri bu yanaşmanı maraqlı marketinq addımı kimi qiymətləndirib, digərləri isə qeyri-adi adların diqqət çəkmək məqsədi daşıdığını qeyd ediblər.
Paylaşım çoxsaylı baxış və şərhlər toplayaraq sosial şəbəkələrin müzakirə olunan mövzularından birinə çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)