Bərdədə kanalda batan şəxsin meyiti tapıldı

21 İyul 2026 15:50

Bərdə rayonu ərazisindən keçən Yuxarı Qarabağ kanalında bir neçə gün əvvəl batan şəxsin meyiti tapılıb.

Milli.Az apa-ya istinadən xəbər verir ki, 1967-ci il təvəllüdlü Rəsul Binnatovun meyiti Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin dalğıc-axtarış-xilasetmə qrupu tərəfindən sudan çıxarılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)