Ronaldu DÇ-2026 ilə bağlı qalmaqallı paylaşımı bəyəndi

21 İyul 2026 13:53

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu FIFA-nı korrupsiyada ittiham edən videonu bəyənib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, portuqaliyalı ulduzun bəyəndiyi videoda FIFA-nın korrupsiyaya yol verdiyi və Argentina millisinin DÇ-2026-nın yarımfinalında İngiltərə üzərində 2:1 hesablı qələbə qazanaraq finala yüksəlməsinə kömək etdiyi iddia olunur.

Qeyd edək ki, daha əvvəl də FIFA azarkeşlər və bəzi rəsmi şəxslər tərəfindən DÇ-2026 zamanı Argentinaya kömək etməkdə ittiham edilmişdi. Xüsusilə Misir millisinin vurduğu qolun hakimlər tərəfindən ləğv edilməsi bu iddiaların əsas səbəblərindən biri kimi göstərilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)