Sosial şəbəkələrdə yayılan təhlükəsizlik kamerası görüntüləri geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, iddialara görə, hadisə Bakıda fəaliyyət göstərən mağazalardan birində baş verib. Kadrlarda bir qadının mağazada satılan "mikser"ləri gizlədərək ödəniş etmədən obyektdən çıxmağa cəhd etdiyi anlar əks olunub.
Təhlükəsizlik kamerasının qeydə aldığı görüntülərdə qadının rəflərə yaxınlaşaraq məhsulları götürdüyü və paltarının içində gizlətdiyi görünür.
Sözügedən video qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb. İzləyicilər görüntülərlə bağlı müxtəlif fikirlər səsləndirib, hadisə müzakirə mövzusuna çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)