Azərbaycan və Almaniya arasında birgə bəyannamə imzalanacaq

21 İyul 2026 12:39

Prezident İlham Əliyevin Almaniya Prezidenti Ştanmayerlə hal-hazırda təkbətək görüşü keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təkbətək görüşdən sonra prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olacaq.

Almaniya kansleri ilə görüşdə isə "Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası
arasında "İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə" imzalanması nəzərdə tutulur.

Xəbər yenilənəcək

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)