İran ABŞ-ın hücumları davam etdiyi müddətdə Hörmüz boğazını gəmiçilik üçün açmayacağını açıqlayıb.
Milli.Az xəbər verir ki, bu barədə "Fars" agentliyi iranlı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, Tehran ABŞ-ın İrana qarşı zərbələri dayandırılmayacağı təqdirdə gəmilərin Hörmüz boğazından keçməsinə icazə verməyəcək.
Qeyd edək ki, iyulun 21-də ABŞ Silahlı Qüvvələri İran ərazisinə qarşı növbəti hücum dalğasını həyata keçirib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)