"Vital Hospital"da ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı araşdırmaya başlanılıb

21 İyul 2026 11:32

Sosial şəbəkələrdə "Vital Hospital" barədə yayılan məlumat Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin diqqətindədir.

Milli.Az xəbər verir ki, mərkəzdən bildirilib ki, məsələ ilə bağlı araşdırmaya başlanılıb. Eyni zamanda hüquq-mühafizə orqanları da məlumatlandırılıb.

Qeyd olunub ki, aparılan araşdırmanın nəticələrindən asılı olaraq ictimaiyyətə əlavə məlumat təqdim ediləcək. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)