Azərbaycanda bu ilin ilk beş ayında minlərlə nikah və boşanma rəsmiləşdirilib.
Milli.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə 15 min 107 nikah, 8 min 87 boşanma halı qeydə alınıb.
Bildirilib ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,7-dən 3,6-ya, boşanmaların sayı isə 2,0-dan 1,9-a enib.
Beləliklə, həm nikahların, həm də boşanmaların nisbi göstəricisində ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)