Soğanları kağız salfetə bükənlər bu dərddən qurtulur

21 İyul 2026 06:06

Mütəxəssislərə görə, xüsusilə tərkibində su miqdarı yüksək olan şirin soğanları quru bir kağız salfetə (və ya kağız dəsmala) bükərək soyuducuda saxlamaq, onların rütubətdən qorunmasına və daha gec xarab olmasına kömək edir.

Milli.Az xəbər verir ki, kağız salfet soğanın səthində yaranan artıq rütubəti hopduraraq kif və çürümə riskini azaldır. Mütəxəssislər hər soğanın ayrı-ayrılıqda kağız salfetə bükülməsini və soyuducunun tərəvəz bölməsində saxlanılmasını tövsiyə edirlər. Bu üsulla soğanların istifadə müddəti uzanır və təzəliyini daha uzun müddət qoruyur.

Plastik paketdə saxlamayın!
Mütəxəssislərin fikrincə, bütün növ soğanlar sərin, quru və yaxşı havalandırılan mühitdə saxlanılmalıdır. Plastik paketlər hava dövranına mane olduğu üçün içəridə rütubət yaranmasına səbəb olur və bu da soğanların daha tez yumşalıb xarab olmasına yol açır. Bundan əlavə, soğanların kartofla birlikdə saxlanılması da məsləhət görülmür. Kartofun yaydığı rütubət və qazlar soğanların daha qısa müddətdə çürüməsinə səbəb ola bilər.

Kağız salfet rütubəti hopdurur
Şirin soğanlar digər soğan növlərinə nisbətən daha çox su ehtiva etdiyi üçün xarab olmağa daha meyillidir. Kağız salfet isə bu artıq rütubəti özünə çəkərək soğanın quru qalmasına kömək edir. Beləliklə, kiflənmə, yumşalma və çürümə riski əhəmiyyətli dərəcədə azalır.

Mütəxəssislər kağız salfet nəmləndikdə onu yenisi ilə əvəz etməyi və xarab olmağa başlayan soğanları sağlam olanlardan ayırmağı tövsiyə edirlər. Düzgün şəraitdə saxlanılan şirin soğanların həftələrlə təzə qala bildiyi qeyd olunur.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)