Zərdabda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.
Milli.Az xəbər verir ki, hadisə rayonun Qoruqbağı kəndində baş verib.
Belə ki, kənd sakini, 2023-cü il təvəllüdlü Əsma Yaqub qızı Kərimli atası Yaqub Bəsər oğlu Kərimlinin idarə etdiyi otbağlayan aqreqatın təkərinin altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)